Dünya Bankı Pakistana növbəti 10 il ərzində 20 milyard dollar kredit verəcək.
Axar.az xəbər verir ki, bu barədə DB məlumat yayıb.
Qeyd olunub ki, bu vəsaitlər özəl sektorun artımını stimullaşdırmaq məqsədi ilə qidalanma, təhsil və bərpa olunan enerji mənbələrinə yatırılacaq.