AZ

Soltan Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüşüb

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çin Xalq Respublikasına səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədri müavini Vanq Kı ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı üçün dostluq qruplarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti barədə danışılıb. Vanq Kı Ümumçin Xalq Nümayəndələri Yığıncağının Azərbaycana səfər etməklə bağlı təklifini qəbul edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Parlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlament görüşünün uğurla keçirildiyi vurğulanıb. Parlament görüşünün yekun sənədinin müzakirəsində Çin Xalq Respublikasının təmsilçilərinin fəal iştirak etdiyi qeyd olunub. Soltan Məmmədov qeyd edib ki, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə işləməyə hazırdır.

Çin Xalq Siyasi Məşvərət Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Lin Songtian ilə görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Azərbaycan Milli Məclisinin rəhbərliyinin parlamentlər arasında əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Lin Çinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişafında da maraqlı olduğunu bildirdi.

Azərbaycanın Vahid Çin siyasətini hər zaman dəstəklədiyi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində Çin Xalq Respublikasının iştirakının mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. COP29 kimi mötəbər tədbiri Azərbaycanın uğurla təşkil etdiyi qeyd olundu. Heydər Əliyev Fondunun Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Qeyd edilib ki, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı kimi mühüm qlobal əhəmiyyətli layihələr çərçivəsində əməkdaşlıq bir çox sahələrdə strateji maraqların üst-üstə düşdüyünü göstərir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri mövcuddur. Çin şirkətlərinin yaşıl enerjiyə keçid sahəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyi bildirilib. Beynəlxalq platformalarda əməkdaşlıq istiqamətində müsbət təcrübənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Soltan Soltan Soltan Soltan Soltan Soltan Soltan Soltan Soltan
Seçilən
15
apa.az

1Mənbələr