AZ

NATO-nun iki gəmisi yeni missiyanın bir hissəsi olaraq Finlandiya körfəzindədir

NATO-nun iki gəmisi alyansın Baltik dənizində yeni missiyası çərçivəsində Finlandiya körfəzindədir.

Oxu24.com xəbər verir  ki,bu barədə “Yle” VesselFinder portalının məlumatlarına istinadən xəbər verir.

"NATO-nun Baltik dənizi patrul missiyasının iki gəmisi Finlandiya körfəzindədir", - məlumatda deyilir.

Qeyd olunur ki, NATO Baltik dənizində elektrik kabeli və bir neçə rabitə kabeli kəsildikdən sonra gəmiləri göndərib.

NATO-nun bir sıra digər gəmiləri, sualtı qayıqları, müşahidə təyyarələri və sualtı pilotsuz təyyarələri də Baltik dənizinə çatacaq.

Bundan əvvəl bildirilmişdi ki, Baltik dənizində sualtı kabellərin zədələnməsi NATO-nu təşvişə salıb və nəticədə hərbi bloka daxil olan ölkələr onu nəzarətə götürmək istəyirlər. Yanvarın 14-də Almaniya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və İsveçin nümayəndələri Baltik dənizi qonşuları kimi Helsinkidəki prezident sarayında Baltikdə iddia edilən təxribatı müzakirə etmək üçün görüşdülər.

Bundan əvvəl Almaniya Avropada “Putinin uzun qolu”ndan narahat olub.

 

Nigar

 

Seçilən
8
oxu24.com

1Mənbələr