Bakı şəhəri, Zabrat istiqamətində Şəhər şosesinin Möhsün Sənani və İlyas Aslanov küçəsinin kəsişməsində məcburi hərəkət istiqaməti nişanlarının asfalt örtüyü üzərində əks olunması sürücüləri çaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a sürücülər məlumat verib.
Onlar bildirirlər ki, uzaqdan gələn sürücü nişanı işıqfora çatanda görə bilir:
"Məcbur olub zolağı dəyişmək istədikdə ya qəza şəraiti yaranır, ya da ki, tıxac. Məsləhət odur ki, nişanı üst hissədən uzaqdan gələn sürücünün görə biləcəyi şəkildə quraşdırsınlar".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qeyd olunub ki, Zabrat istiqamətində Şəhər şosesi ilə bağlı layihə hazırlanıb:
"Layihənin icrası zamanı 5.8.1 (zolaqlarda hərəkət istiqaməti) yol nişanlarının quraşdırılması da nəzərdə tutulub. Layihə aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra prosedura uyğun olaraq icra ediləcək".