Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.
Sitat.info xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.
Qeyd edək ki, mükafat qazanmış idmançımız Qaşım Maqomedovun gümüş medalı da keyfiyyətsiz olduğu üçün təşkilat komitəsinə qaytarılacaq.