Məlumata görə, qutular faciənin səbəbləri ilə bağlı yekun rəy verilməsi üçün komissiyaya təhvil verilib. Qeyd olunub ki, iş üzrə tam və hərtərəfli araşdırmanı təmin etmək məqsədilə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Prezident İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bəyan edib ki, Azərbaycan insidentlə əlaqədar 3 şərt irəli sürüb:
"Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta