"Meta" şirkətinin baş icraçı direktoru Mark Zukerberq işçilərə göndərdiyi notda bu ilin çətin keçəcəyinə diqqət çəkib və şirkətin komandalarında ən yaxşı performans göstərən işçilərin olmasını təmin etmək istədiyini bildirib.
Valyuta.Az xəbər verir ki, Zukerberq performans idarəetmə standartlarını artırmaq və aşağı performans göstərən işçiləri uzaqlaşdırmaq qərarı verdiyini açıqlayıb. Onun sözlərinə görə, işdən çıxarmalar performans əsaslı olacaq və boşalan vəzifələr yalnız 2025-ci ildə yenidən doldurulacaq.
Zukerberq qeyd edib ki, gələcəkdə performansla bağlı perspektivlər müsbət olsa, gözləntiləri tam qarşılamayan işçilər işdən çıxarılmaya bilər. O, işdən çıxarılan şəxslərə geniş təzminat paketi təqdim ediləcəyini də vurğulayıb.
İşdən çıxarılacaq işçilərə 10 fevralda məlumat veriləcəyini bildirən Zukerberq, ABŞ xaricindəki işçilərə isə bir qədər gec xəbərdarlıq ediləcəyini əlavə edib.
ABŞ mediasında yayımlanan məlumatlara əsasən, işdən çıxarmalar "Meta"nın işçi qüvvəsinin 5%-ni əhatə edəcək.
Rəhim