AZ

Fransada yeni hökumətə qarşı etimadsızlıq çağırışları güclənir

Fransada LFI, Kommunist və Yaşıllar partiyaları yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Əyilməz Fransa” (LFI) partiyasının prezidenti, deputat Matild Pano yerli mətbuata müsahibəsində bildirib. M. Pano sosialistləri məsələ barədə ciddi şəkildə düşünməyə çağıraraq vurğulayıb ki, makronist siyasətin davamlılığına çalışanlar Yeni Xalq Cəbhəsinin sıralarından çıxarılacaq.

“İnanıram ki, ekoloqlar və kommunistlər Fransua Bayrunun təkliflərinin yalnız bir hiylə olduğunu başa düşürlər və Emmanuel Makronun siyasətinə qəti şəkildə son qoymağın vaxtıdır,” - deyə o vurğulayıb.

O qeyd edib ki, Yeni Xalq Cəbhəsinin əsas məqsədi Emmanuel Makron siyasətinə son qoymaqdır.


Müəllif: Teleqraf.com
Seçilən
3
3
teleqraf.com

4Mənbələr