AZ

Hələ də köhnə üsulla işləyən taksi sürücüləri var - "Sərnişinlərə sərf edir, bizə yox" VİDEO

Taksi sürücülərinin bəziləri şirkətlərlə əməkdaşlıq edir, bəziləri isə sərbəst qaydada fəaliyyət göstərirlər.

Sürücülər bu cür xidmətin onlar üçün daha sərfəli olduğunu iddia edirlər. Eyni zamanda daha rahat və təhlükəsiz olduğu qənaətindədilər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət heç bir proqrama qoşulmadan, fərdi qaydada işləyən taksi sürənlərdən gedir. Bəs onlar niyə hansısa taksi şirkətinin tətbiqindən istifadə etmirlər?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, qanunvericiliyə əsasən, 1 iyul 2024-cü il tarixindən yaşı 8 ildən çox olmayan avtonəqliyyat vasitələrinə buraxılış kartı verilir. Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

 

Seçilən
7
xezerxeber.az

1Mənbələr