Azərbaycan dili üzrə sertifikasiya imtahanına hazırlıq prosesi başa çatıb. İmtahanın yaxın zamanda keçirilməsi nəzərdə tutulur.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanın həm onlayn, həm də DİM-in elektron imtahanlar korpusunda oflayn olaraq keçirilməsi planlaşdırılır.
“Müəyyən texniki səbəblərə görə imtahanın təşkili gecikdi. Elektron imtahanların keçirilməsi cədvəli sıx oldu. Azərbaycan dili üzrə sertifikasiya imtahanında iştirak etmək üçün iştirakçılar əvvəlcə xüsusi anket dolduracaqlar. İmtahandan əvvəl sınaq imtahanı keçiriləcək”, - deyə Məleykə Abbaszadə qeyd edib.