AZ

Çin “Böyük Günəş Səddi” tikir | FOTOLAR

Çinin“Böyük Günəş Səddi”layihəsi tam şəkildə 2030-cu ildə başa çatacaq.Uzunluğu 400 km, eni 5 kmolan panellər zolağı Pekin şəhərini ildə 110 giqavatt enerji ilə təmin edəcək.

NASA-nın “Landsat 8” və “Landsat 9” peyklərinin 5 il fərqlə çəkdiyi fotolarda görülən işləri müşahidə etmək mümkündür.

Kubuki səhrası, 2018-ci il

Kubuki səhrası, 2024-ci il

Baotou və Bayannur şəhərləri arasında uzanan fotoelementlər zolağı quru, qızmar küləklərin qarşısını almaqla,səhranın yaşıllaşdırılması işlərinin aparılmasına da zəmin yaradır.
Misir səhranı yaşıllaşdırır| Peyk fotoları

Qeyd edək ki, hazırda Çində Günəş elektrik stansiyalarının ümumi gücü 386 875 meqavattdır.Bu, dünyadakı ümumi fotogenerasiya gücünün51 faizi deməkdir. İkinci yerdə gələnABŞ ondan xeyli geri qalır:79364 meqavatt (11 faiz).Üçüncü yer isəHindistana məxsusdur:53 114 meqavatt (7 faiz).

2017-ci ildən bəri Çində Günəş enerjisinin generasiyasıhər il təxminən 39 994 meqavatt artır.ABŞ-da bu artım ildə8 137 meqavattabərabərdir.

Tariyel Həsənov
AzVision.az
Seçilən
3
1
azvision.az

2Mənbələr