"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo klubun sahiblərindən biri ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
O, yaxın zamanda Səudiyyə Ərəbistan təmsilçisi ilə imzalanacaq müqavilədən sonra həmçinin klubun səhmlərinin 5 faizinə sahib ola bilər.
Qeyd olunur ki, yeni müqaviləyə əsasən, 39 yaşlı portuqaliyalı hücumçu ilə 183 milyon avro qazanacaq. Onun "Əl-Nəsr" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Müəllif: Teleqraf.com