Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Osmanlı kəndində qeydə alınıb.

Aralarında yaranmış mübahisə zamanı Sabirabad rayonunun Osmanlı kənd sakini, 2009-cu il təvəllüdlü Bəybala Novruzov həmyaşıdı tərəfindən bıçaqlanıb.

Yeniyetmə sol budunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info