AZ

Ermənistan ona təhlükəsizlik zəmanəti verən ölkə ilə münasibətləri korlayır – Rusiyalı politoloq

Ermənistan indi ona təhlükəsizlik zəmanəti verən ölkə ilə münasibətləri korlayır.

İnterpress.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Suslov erməni mediasına müsahibəsində deyib. Suslov Ermənistan hakimiyyətinin Aİ-yə qoşulmaq istəyini şərh edib. O qeyd edib ki, eyni zamanda iki inteqrasiya birliyində iştirak bir-birinə uyğun gəlmir.

“Aİ-yə daxil olmaq istəyindən danışarkən Ermənistan avtomatik olaraq Aİİ-dən çıxmalıdır. Ona görə də iki inteqrasiya birliyində iştirak bir araya sığmır. Əgər Ermənistan Aİ-yə daxil olmaq istəyindən danışırsa, bu o deməkdir ki, o, Aİİ-dən çıxmalı və təşkilatda iştirakının bir hissəsi kimi əldə etdiyi bütün üstünlüklərdən istifadə etməyi dayandırmalıdır”, – Suslov bildirib.

Rusiya ilə Ermənistan arasında münasibətlərə gəlincə, onun fikrincə, onlar pisləşməkdə davam edəcək.

“İstisna etmirəm ki, hansısa mərhələdə Ermənistan vətəndaşları üçün viza rejimi məsələsi qaldırıla bilər. Biz görürük ki, Azərbaycan “Zəngəzur dəhlizi” deyilən məsələni gündəmə gətirir və istənilən halda bunu alacağını deyir. Belə çağırışlarla üzləşən Ermənistan hazırda Ermənistana təhlükəsizlik zəmanəti verən ölkə ilə münasibətləri korlayır, mən Rusiyanı nəzərdə tuturam”, – Suslov deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
3
1
interpress.az

2Mənbələr