AZ

"BakuBus"un sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

"BakuBus" şirkəti Bakı şəhərində ictimai nəqliyyatın əsas operatorlarından biridir və yüksək standartlara uyğun avtobus xidmətləri təqdim edir.

 

Məlumata görə, şirkət sürücülərinə qarşı qoyulan tələblər, onların iş yükü və peşəkar səviyyələri maaşların formalaşmasına birbaşa təsir göstərir.

 

Bəs "BakuBus"ın sürücüləri arasında ən az və ən çox maaş nə qədərdir?

 

"BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva Baku.ws-ə bildirib ki, sürücülərin əməkhaqları 1200-1500 AZN arasında dəyişir:

 

"Əmək haqqı sürücünün iş stajına, idarə etdiyi avtobusun ölçülərinə və ümumi fəaliyyət göstəricilərinə görə dəyişir. Bundan əlavə, "BakuBus"da uzun muddət çalışan və nümunəvi sürücülər hər ayın sonunda mükafatlandırılır".

Tarix: 15 Yanvar 2025, 22:49   
Seçilən
0
14
pravda.az

10Mənbələr