Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov yanvarın 22-də saat 10:00-da Qusar rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşəcək.
DGK-dən Doğru.az-a bildirilib ki, görüş zamanı Qusar, Quba və Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq tövsiyə olunur.
DOĞRU.AZ