Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 6-cı turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, oyunların hamısı eyni günə təsadüf edib.
Belə ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Abşeron” və “Gəncə” komandaları qarşılaşıblar. Famil Ağayevin yetirmələri 3:1 hesabı ilə “Gəncə”ni məğlub ediblər.
Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gəlib. 3 set davam edən görüşdə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı ilə qalib gəlib.
UNEC Voleybol komandasının idman zalında təşkil olunan turun son görüşündə isə “Murov” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunları yanvarın 21-də keçiriləcək.
Yüksək Liqa
6-cı tur
15 yanvar
“Abşeron” – “Gəncə” 3:1 (25:12, 25:14, 23:25, 25:17)
UNEC – “Murov Az Terminal” 0:3 (8:25, 15:25, 14:25)
“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 0:3 (17:23, 23:25, 21:25)
Xallar: Abşeron – 17. Milli Aviasiya Akademiyası – 12. Gəncə – 10. Azərreyl – 8. Murov – 7. UNEC – 0.