AZ

Makronun siyasətinə son qoymağın vaxtıdır - Pano

Fransada LFI, Kommunist və Yaşıllar partiyaları yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.

SeherXeber.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransua Bayrunun Milli Assambleyada ümumi siyasət bəyanatından sonra Əyilməz Fransa (LFI) Partiyasının prezidenti, deputat Matild Pano yerli mətbuata müsahibəsində bildirib.

M.Pano sosialistləri məsələ barədə ciddi şəkildə düşünməyə çağıraraq vurğulayıb ki, makronist siyasətin davamlılığına çalışanlar Yeni Xalq Cəbhəsinin sıralarından çıxarılacaq.

“İnanıram ki, ekoloqlar və kommunistlər Fransua Bayrunun təkliflərinin yalnız bir hiylə olduğunu başa düşürlər və Emmanuel Makronun siyasətinə qəti şəkildə son qoymağın vaxtıdır,” - deyə o vurğulayıb.

Seçilən
0
6
seherxeber.org

7Mənbələr