Xəbər verdiyimiz kimi, Qəzzada İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
“Qafqazinfo”nun Türkiyə KİV-ə istinadən məlumatına görə, barışıq razılaşması Qəzzada böyük coşqu ilə qarşılanır.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
"Cebheinfo.az"