AZ

Gürcüstanın xarici ticarət dövriyyəsi 23 milyard dolları ötüb

Bakı. Trend:

Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 23,4 milyarddollar təşkil edib, bu da 2023-cü illə müqayisədə 8 faizçoxdur.

Trend xəbər verir ki, bubarədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, ötən il Gürcüstanın xarici ticarətində ixracınhəcmi 6 560,4 milyon dollar olub ki, bu da 2023-cü illə müqayisədə7,8 faiz çoxdur. İdxalın həcmi isə 2023-cü illə müqayisədə 8,1 faizartaraq 16 866,7 milyon dollar olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində 10,3 milyarddollar həcmində mənfi ticarət saldosu yaranıb ki, bu da 2023-cüillə müqayisədə 8,3 faiz çoxdur. Məlumat üçün qeyd edək ki, 2023-cüildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2022-ci illə müqayisədə12,5 faiz artaraq 21,5 milyard dollar təşkil edib.

Seçilən
4
2
az.trend.az

3Mənbələr