Bundan sonra Cəbrayılda şən və firavan yaşamaq istəyirik.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Leyla Quliyeva deyib.
Onun sözlərinə görə, 35 yaşında məcburi şəkildə tərk etdiyi Cəbrayıla indi sevinə-sevinə qayıdır.
"Biz uzun illər doğma yurdumuzun həsrətini çəkmişik. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Milli.Az