AZ

Hovuzda 20-yə yaxın adam zəhərləndi

Almaniyanın Ştrausberq şəhərində üzgüçülük hovuzlarından birində aralarında bir neçə məktəbli də olmaqla 18 nəfər xlordan zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Hadisə yanvarın 15-də günorta saatlarında baş verib. Hovuzdan istifadə edənlər ürəkbulanma və tənəffüs problemlərindən şikayətlənirdilər. Qızlardan biri helikopterlə Berlin xəstəxanasına aparılıb, onun vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. Xlor sızmasının səbəbi araşdırılır.

\\Report

Seçilən
1
4
news24.az

5Mənbələr