Kubanın Olqin şəhərindəki sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb.
Bakıvaxtı.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kubanın İnqilabçı Silahlı Qüvvələri Nazirliyi məlumatı təsdiqləy.
Nazirliyin rəsmi “Granma” qəzetinin dərc etdiyi bəyanatında bildirilir ki, “insidenti araşdırmaq üçün yaradılmış xüsusi komissiya digər ekspertlərlə birlikdə belə nəticəyə gəlib ki, olay yerinə daxil olmaq mümkün deyil və hadisə yerində sağ qalan olmayıb”.
"Məlumat dərc edildikdə, bu hadisənin son nəticəsi barədə onların qohumlarına məlumat vermək qərara alınıb və bununla əlaqədar 13 yoldaşımızın öldüyü rəsmi olaraq elan edildi", - bəyanatda deyilir.
Qeyd edək ki, partlayış yanvarın 7-də baş verib.