AZ

"Makron bulanıq suda balıq tutmaq istəyir"

"Makron

Rəsmi Parisin Qərbi Saxara və Mərakeş arasındakı münasibətlərə dair açıqlaması Əlcəzair tərəfinin narazılığına səbəb olub. Prezident Makronun Mərakeş kralı VI Məhəmmədə ünvanladığı məktubda Mərakeş və Qərbi Sudan arasındakı münasibətlərdəki problemlərin BMT-nin hələ 1991-ci ildə qəbul etdiyi qətnaməyə rəğmən nizamlanması müdafiə olunur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Managov deyib.

Onun sözlərinə görə, Qərbi Sudan 1975-ci ilə qədər İspaniya müstəmləkəsi olub.1973-cu ildə burada müstəmləkəçiliyə qarşı Sudan Xalq Cəbhəsinin rəhbərliyi ilə azadlıq uğrunda hərəkat başlayıb. İspaniya 1975-ci ildə buradan qoşunlarını çıxardıqdan sonra ərazi Mərakeş və Mavritaniya srasında böluşdürülüb.1976-cı ilə Qərbi Sudan Ərəb Demokratik Respublikasının yarandığı elan edilib. 80-dən çox ölkə, o cümlədən şimal şərqdən bu ölkə ilə həmsərhəd olan Əlcəzair onu tanıyıb. Əlcəzair ilk gundən Qərbi Sudanın Xalq Cəbhəsinə dəstək verib və bu gün də onun Mərakeş suverenliyi altında qalmasının əleyhinədir:

"Əlcəzair tərəfi düşünür ki, Makron hökuməti özünün Afrikanın şimal qərbindəki neomustəmləkəçi maraqlarını qorumaq üçün bilərəkdən regiondakı ərəb dövlətləri arasındakı münasibətləri kəskinlışdirib, bulanıq suda balıq tutmaq istəyir. Etiraf etmək lazımdır ki, Burkino Faso, Niger, Mali kimi dövlətlərin konfederasiya təşkil edərək iqtisadi inkışafı sürətlındirmək və Fransa asılılığından qurtulmaq üçün atdıqları addımların qarşısını Makron hökuməti almağa çalışır".

Cavid

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr