AZ

Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İrana avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 155 milyon 429 min 27 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə İrana 15 milyon 575 min 38 dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 27,7 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 37 milyard 211 milyon 661 min dollar məbləğində avtomobil ixrac edib.

Seçilən
0
49
turkic.world

10Mənbələr