AZ

"Əmək haqlarının artımı dövlət gəlirlərinin artmasına şərait yaradır" - PROFESSOR

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a əməkhaqlarının artımının dövlət gəlirlərinə təsiri barədə danışıb. O, əməkhaqlarının artımının yalnız insanların gəlirlərinin deyil, eyni zamanda dövlət büdcəsinə daxilolmaların da artmasına səbəb olacağını vurğulayıb.

Professor bildirib:

"Təbii olaraq, əməkhaqlarının artımı insanların gəlirlərinin artırılmasına şərait yaradır ki, bu da öz növbəsində gəlir üzrə ödənişlərin çoxalmasını şərtləndirir. Vergilərin yığımında daha yüksək göstəricilərin müşahidə olunması gözlənilir. Bununla yanaşı, yalnız gəlir vergisi deyil, iqtisadiyyatda işgüzar fəallığın stimullaşdırılması mexanizmləri vasitəsilə əhalinin gəlirlərinin artması ilə vergi yığımlarında və digər ödənişlərdə də artımlar olacaq."

Elşad Məmmədov qeyd edib ki, əməkhaqlarının artımı iqtisadi aktivliyi artıraraq dövlət büdcəsinə daxilolmaların yüksəlməsinə təkan verəcək:

"Dövlətin daxilolmalarında, dövlət gəlirlərində və büdcə daxilolmalarında artımlar əməkhaqlarının artımı ilə sözsüz ki, reallaşdırılacaq."

Ekspertin fikrincə, bu cür artımlar iqtisadi canlanmanı dəstəkləməklə yanaşı, büdcə gəlirlərində dayanıqlı artıma şərait yaradacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
9
qht.az

1Mənbələr