AZ

Lənkəranda 1 ildə ASANlaşan 300 000-ə yaxın müraciət

​​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional "ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 16 yanvar 2024-cü il tarixində baş tutub.
 
​​Mərkəz Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km ünvanında yerləşir.
 
​​Lənkəran regional "ASAN xidmət” mərkəzi Lənkəran rayonu ilə bərabər Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan 500 000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
 
​​Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
 
​​Fəaliyyət göstərdiyi müddət ərzində Lənkəran "ASAN xidmət” mərkəzində 300 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.
 
​​Mərkəzdə ümumilikdə 214 əməkdaş və ay ərzində 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 200-ə yaxın könüllü məzun olub.
​​Hazırda "ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.
Seçilən
2
8
7news.az

9Mənbələr