AZ

Kimsəsiz olmasın bircə uşaq da

“Flame Towers”də (“Alov qüllələri”) rejissor, aktyor Hikmət Rəhimovun “Apatiya 2” filminin qala gecəsi keçirilib. Gecədə filmin yaradıcı heyəti, tanınmış incəsənət adamları və media təmsilçiləri iştirak ediblər.

Filmin quruluşçu operatoru İman İmanov, bəstəkarı Qurban Abbaslı, quruluşçu rəssamı Zaur Abdullayevdir. Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Hikmət Rəhimov, Azər Aydəmir, Əjdər Zeynalov, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Şəhla Əliqızı  və başqaları ifa edirlər. 

Ekran işi sevgi və diqqətdən kənarda qalan uşaqlara ithaf olunur. Film həm də müəllif təxəyyülünün cəmiyyətdə dərinləşən sosial və psixoloji problemlərə münasibətidir. 

Rejissor bu filmi tammetrajlı bədii ekran əsəri olan “Apatiya”nın davamı olaraq çəkib. Filmdə uşaq evlərində böyüyən uşaqların acı taleyi göz önünə gətirilir. 

Filmin əsas qəhrəmanları  kiçik yaşlarından valideyn himayəsindən məhrum olmuş və yetimlər evində böyüyən Akif və İlkindir. Ana-ata qayğısı görməyən bu azyaşlıların həyatdan aldığı ağır zərbələr onların sonrakı talelərinə təsirsiz ötüşmür. Atasının həbsə düşməsi səbəbindən Akif uşaq evinin sakininə çevrilir. 

Akif və İlkin sığınacaqda həmyaşıdlarının başına gətirilən tükürpədici olayları eşidib oradan qaçmağa məcbur olurlar. Və əsas hadisələr məhz bundan sonra başlayır. Dostlar bir müddət dilənçi və səfil həyatı sürürlər. 

Filmdən çıxan nəticə budur ki, bütün uşaqların xoşbəxt və qayğısız yaşamaq haqqı var.   

Fidan SALMANOVA 
XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr