AZ

BAYDEN XALQA VİDA MÜRACİƏTİ ETDİ

Səlahiyyət müddəti yanvarın 20-də başa çatacaq ABŞ-ın 46-cı prezidenti Co Bayden Oval ofisdən xalqa vida müraciəti edib.

 

Senzor.az-ın məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da (Bakı vaxtı ilə yanvarın 16-sı 05:00) başlayan müraciət zamanı Bayden, administrasiyasının nailiyyətləri barədə danışıb və onların gələcək illərdə davam edəcəyinə ümid etdiyini bildirib. O, xarici siyasət uğurları sırasında NATO-nun güclənməsini, Ukraynanın hələ də azad olmasını, Çinlə rəqabətdə ABŞ-ın üstünlüyünü vurğulayıb.

 

Co Bayden həmçinin müasir dünyanın üzləşdiyi təhdidlər barədə danışıb.

 

ABŞ Prezidenti dövlət başçısının vəzifəsini icra edərkən törətdiyi cinayətlərə görə toxunulmazlığının ləğvi məqsədilə Konstitusiyaya dəyişikliklər olunmasının zəruri olduğunu bildirib: "Biz Konstitusiyaya dəyişiklik etməliyik ki, aydın olsun: heç bir prezident, heç bir şəxs vəzifə başında olduğu müddətdə törətdiyi cinayətlərə görə məsuliyyətdən qorunmasın".

 

Həmçinin, o, siyasətdə korrupsiyaya qarşı mübarizənin vacibliyini qeyd edib. "Biz seçki kampaniyalarının gizli maliyyələşməsindən qurtulmalıyıq".

 

C.Bayden çıxışının sonunda amerikalıların güvəndiyi ideyalara inandığını bildirib və ölkəsini sevdiyini qeyd edib.

Seçilən
1
1
senzor.az

8Mənbələr