AZ

Yaponiyanın cənubunda 8-9 bal gücündə zəlzələ ola bilər

Yaponiya güclü zəlzələyə hazırlaşır - 8-9 bal gücündə təkanların baş vermə ehtimalı kəskin artıb...

Poliqon NHK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmik aktivliyin tədqiqi üzrə hökumət komissiyası xəbərdarlıq edib.

Mütəxəssislər yaxın 30 ildə belə bir hadisənin baş vermə ehtimalını 80% qiymətləndirirlər. Mütəxəssislər zəlzələnin Honsyu adasının cənub-şərqində Nankay qırağında baş verəcəyini proqnozlaşdırırlar.

Növbəti 40 il ərzində seysmoloqlar təbii fəlakətin baş vermə ehtimalını 90% planlaşdırır. Ondan sonrakı 50 ildə isə 90%-i keçəcək. Sonuncu dəfə 21 dekabr 1946-cı ildə Nankay qırağında 8 bal gücündə dağıdıcı zəlzələ olub.

Yanvarın 13-də Yaponiyanın Kyuşu adası yaxınlığında 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Baş Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:19-da baş verib. Təbii fəlakətin episentri suyun 30 km dərinliyində yerləşib.

Poliqon.info

Seçilən
1
6
poliqon.info

7Mənbələr