AZ

Balıq tutmağa getdi, boğulub öldü

İmişlidə balıq tutmağa gedən kişi çayda boğulub.

Oxu24.com un məlumatına görə, hadisə rayonun Şəmmədli kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 58 yaşlı Rizvan Süleymanov çayda balıq tutarkən, ehtiyatsızlıqdan çaya düşərək boğulub.

Onun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
6
oxu24.com

8Mənbələr