AZ

WSJ: “Kamala Harris Baydendən inciyib”

AzVision.az “The Wall Street Journal (WSJ) nəşirnə istinadən xəbər verir ki, Kamala Harris bu barədə yaxın silahdaşlarına və ailə üzvlərinə şikayətlənib.

Kamala Harrisin incikliyinə səbəb Baydenin yanvarın 8-də verdiyi müsahibədə müxbirlərdən birinin“Yarışda qalsaydınız, qalib gələ bilərdinizmi?”sualına“Bunu söyləmək təkəbbürlü olsa da, mən hesab edirəm ki, bəli”cavabı olub. Həmin müsahibədən bir neçə gün sonra Co Baydenyenidən bu mövzuya toxunub.

“Düşünürəm ki, mən Trampa qalib gələrdim, Trampa qalib gələ bilərdim və mən düşünürəm ki, Kamala isə Trampı məğlub edə bilərdi”,- ABŞ-nin indiki prezidenti deyib.

“WSJ” yazır ki, Bayden öz mövqeyini Harrisin tənqidi kimi qiymətləndirmir. Lakin Harrisin yaxınları Baydenin şərhlərinin onlar arasında“birtərəfli loyallığı”nümayiş etdirdiyini bildiriblər.

- Baydenin vəzifədə olduğu müddət boyu Harris ondan uzaqlaşmadı və onu tənqid etmədi. Hətta prezidentliyə namizəd olduqda belə buna getmədi. O, debatda zəif çıxışından sonra, eləcə də dövlət başçısının idrak qabiliyyətləri ilə bağlı narahatlığı artıran xüsusi prokurorun hesabatını dərc etdikdən sonra da açıq şəkildə Baydeni dəstəklədi”,- qəzet xatırladır.

Bayden və Harris arasındakı iş münasibətləri illər keçdikcə istiləşdi, lakin seçkidən sonra uzaqlaşmanın əlamətləri yarandı: Yanvarda keçmiş prezident Cimmi Karterin dəfn mərasimində Harris və əri yanlarında oturan Baydenlər çütlüyü iləqısaca ünsiyyətdə oldular, lakin onların “hər ikisi daş sima ilə” qabağa baxırdılar.

“WSJ” və “Politico” nəşrlərinin yazdığına görə, indiki vitse-prezident 2026-cı ildə Kaliforniyada keçiriləcəkqubernator seçkilərində, eləcə də 2028-ci ildə növbəti prezident seçkilərində iştirakını istisna etmir. Baydenin sözlərinə görə, Kamala Harris 2028-ci ildə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər, lakin bu barədə qərarı onun özü verəcək.

Xatırladaq ki, Baydenin seçkiqabağı kampaniyadangeri çəkilməsindən sonra Kamala Harris seçki gününə yüz gündən az qalmış demokratlar partiyasından prezidentliyə namizəd oldu. Qələb üçün üçün tələb olunan 270 səsdən 226-nı toplayan indiki vitse-prezident 312 səs qazanan respublikaçı Donald Trampa uduzdu.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
3
azvision.az

1Mənbələr