AZ

AzMİU-da 4 yeni laboratoriya istifadəyə verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) özəl sektorla əməkdaşlıq çərçivəsində yeni laboratoriya, ixtisaslaşmış təlim-tədris mərkəzi və xüsusi auditoriyalar istifadəyə verilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb. Universitetlərlə özəl sektor arasında əməkdaşlığa dair dövlətin strateji hədəflərinə uyğun olaraq həyata keçirilən layihə AzMİU-da tədris və innovasiya sahəsində yeni imkanlar yaradıb. 

Yeni yaradılan infrastrukturlar aşağıdakılardır:1.    “Avant Group” tərəfindən İnşaat Mühəndisliyində Layihələndirmə Laboratoriyası;2.    "Akond1" QSC tərəfindən İxtisaslaşmış Təlim-Tədris Mərkəzi;3.    "UNİCO" şirkəti tərəfindən İnşaat Mühəndisliyində Layihələndirmə Laboratoriyası. 4.    Bakelektro ASC tərəfindən İxtisaslaşmış Auditoriya;

Açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “Avant Group” MMC-nin Müşahidə Şurasının sədri Əli Hüseynov, "Akond1" QSC-nin İdarə Heyətinin sədri Orxan Bağırov, “UNİCO” şirkətinin kommersiya üzrə direktor müavini Sərxan Danyalov, “Bakelektro” ASC-nin direktor müavini Emin Qurbanov, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbir rəmzi lentin kəsilməsi ilə başlayıb. Daha sonra hər bir laboratoriya və tədris mərkəzi haqqında AzMİU-nun İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev və müvafiq özəl sektor təmsilçiləri tərəfindən məlumat verilib. Bildirilib ki, bu mərkəzlər kompüterlər, ağıllı lövhələr, müasir mebellər və digər lazımi avadanlıqlarla təmin edilib. Bu infrastrukturlar tələbələrin istehsalat tələblərinə uyğun yüksək səviyyədə hazırlanmasına şərait yaradacaq.

Laboratoriya və tədris mərkəzlərinin açılışından sonra qonaqlarla əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə dəyirmi masa təşkil olunub. Görüşün sonunda AzMİU ilə “Avant Group” MMC, "Akond1" QSC, “UNİCO” şirkəti və “Bakelektro” ASC arasında əməkdaşlığa dair rəsmi müqavilələr imzalanıb. Bu müqavilələr təhsil və sənaye arasında inteqrasiyanı daha da gücləndirmək məqsədi daşıyır.

İmzalanma mərasimindən sonra AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova tərəfindən “Avant Group” MMC-nin Müşahidə Şurasının sədri Əli Hüseynova, "Akond1" QSC-nin İdarə Heyətinin sədri Orxan Bağırova, “UNİCO” şirkətinin kommersiya üzrə direktor müavini Sərxan Danyalova, “Bakelektro” ASC-nin direktor müavini Emin Qurbanova, həmçinin AzMİU ilə yaxından əməkdaşlıq edən “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevə universitetin inkişafına verdikləri töhfələrə görə təşəkkür plaketləri təqdim edilib.

AzMİU-nun bu cür əməkdaşlıq layihələri tələbələrin müasir standartlara cavab verən infrastrukturla və mühitlə təmin edir. Bu təşəbbüs, həmçinin dövlətin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq təhsil və innovasiyanın birgə inkişafının təmin olunmasına töhfə verir. 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20January%202025/2ba7debb-2f3f-474c-b5a9-a50608afbf36_azmiu1.jpg

 

Seçilən
7
5
tehsil.biz

6Mənbələr