AZ

İstehsal tarixi 10 ildən çox olan maşınlara qadağa... -VİDEO

Nazirlər Kabinetinin (NK) 2023-cü ildə təsdiq etdiyi Qərara əsasən, istehsal tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalı qadağandır. Bu o deməkdir ki, artıq istehsal ili 2015-ci ildən əvvəl olan minik avtomobilini ölkəyə gətirmək mümkün olmayacaq.

Gundem.az xəbər verir ki, ekspert Eldəniz Cəfərov Baku TV-yə açıqlamasında sözügedən qərarın avtomobil bazarına mənfi təsir etdiyini bildirib:

"Azərbaycanın avtomobil bazarı əsasən köhnə maşınların alqı-satqısı ilə formalaşmışdı. Bu qərardan sonra bazarda bir qədər durğunluq yaranıb. Hazırda kəskin bahalaşma yoxdur. Qiymətlər sabit olaraq qalır. Bundan sonra da qiymətlərin kəskin yüksələcəyini və ya enəcəyini düşünmürəm. Ən azından mart ayına qədər sabit qalacaq".

Lakin son illərdə ölkəyə idxal edilən avtomobillərin qiyməti sabit qalmayıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, son 2 ildə maşınların orta statistik dəyəri 58 faizə qədər artıb. 2022-ci ilin yanvar-noyabr aylarında ölkəyə gətirilən bir minik avtomobilinin orta qiyməti 12 055 ABŞ dolları olduğu halda, 2023-cü ilin eyni dövründə bu göstərici 16 833, 2024-cü ildə isə 19 067 dollar təşkil edib.

Seçilən
0
7
gundem.az

10Mənbələr