Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, ilkin hesabat dərc olunana qədər AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı qeyri-rəsmi məlumatı şərh etməyəcək.
“Biz heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcəyik. Təyyarənin qəzaya uğrama səbəblərinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”, məlumatda deyilir.
Dünən Rusiya KİV-ləri iddiaya görə təyyarə heyətinin hava limanı dispetçerləri ilə danışıqlarının stenoqramını dərc edib, onun necə və harada əldə edildiyi göstərilməyib.
Ülviyyə, Hurriyyet.az