“Chinar Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) maliyyə problemlərindən qurtula bilmir.
Vergiyə yaranmış borcuna görə MMC məhkəməyə üz tutub. Cavabdeh olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsini göstərib. MMC yaranmış vergi borcuna etiraz edir.
Təsisiçisi Nəsib Yusubov olan MMC daha əvvəl də maliyyə problemləri ilə üz-üzə qalıb. MMC-yə İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə protokol tərtib edilib, cərimələnib.
Qeyd edək ki, pandemiya dövründə dövlətdən maliyyə dəstəyi də alan holding logistika xidmətləri göstərir.
Şirkət həmçinin Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür.