AZ

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.

“Report” Tacikistan mətbuatına istinadən xəbər verir ki, o, bu təklifi bu gün Düşənbədəki Millət Sarayında Pezeşkianla görüşü zamanı səsləndirib.

Rəhmon qeyd edib ki, bu, ailə bayramı deyil, milli bayramdır.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadiyyat, energetika və mədəni əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıqla bağlı əsas məsələləri müzakirə ediblər. Onlar Tacikistan və İranın nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
1
2
aznews.az

2Mənbələr