Musavat.com maraqlı bir hadisə haqqında məlumat verir. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərdən biri də Azərbaycanın görkəmli liderlərindən, dövlət xadimlərindən biri olmuş Məmməd Əmin Rəsulzadənin adaşıdır.
Belə ki, Oğuz rayonu sakini Məmmədəmin Mehman oğlu Rəsulzadə 2025-ci il bələdiyyə seçkilərində namizədliyini irəli sürüb. Maraqlı məqam ondadır ki, Rəsulzadə Məmmədəmin 28 may 1997-ci il təvəllüdlüdür. Bu tarix isə Azərbaycanın müstəqillik günü – 28 May ilə üst-üstə düşür.
Gənc soydaşımıza qarşıdakı seçkilərdə uğurlar arzulayırıq.
Musavat.com