AZ

Tramp Qrenlandiyanı nə üçün almaq istəyir?

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın Amerikanın tərkibinə daxil edilməsində maraqlı olması neft və qaz ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlı ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Qeyd olunur ki, Qrenlandiyanın neft və qaz yataqlarından istifadə "Amerika mədən şirkətləri üçün böyük biznesə çevrilə bilər". Nəşrin məlumatına görə, adada neft ehtiyatları təxminən 31,4 milyon barel neft ekvivalenti, təbii qaz ehtiyatları isə 4,2 trilyon kubmetr təşkil edir.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Panama, Kanada və Danimarka səlahiyyətliləri Respublikaçının bəyanatlarına kəskin reaksiya veriblər. 

Gülayə Mecid

Seçilən
4
1
unikal.az

2Mənbələr