AZ

Alkoqollu içkilər, siqaret və dərman xərclərimiz azalıb

2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır.

 

Məhsul qruplarının adları

  Satışdan gəlir,  

  milyon manat  

  2023-cü ilə  

  nisbətən,  faizlə  

  Məhsul qrupları üzrə  

  ticarət dövriyyəsinin  

  yekunda xüsusi 

 çəkisi, faizlə

  Pərakəndə ticarət dövriyyəsi

62 202,9

103,9

100,0

          o cümlədən:  

 

 

 

  ərzaq məhsulları

31 408,1

102,3

50,5

  içkilər və tütün məmulatları

2 726,5

99,6

4,4

  toxuculuq məhsulları, geyim və ayaqqabılar

9 048,4

105,8

14,5

  elektrik malları və mebellər

3 018,3

107,1

4,8

  kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları  

727,4

111,8

1,2

  əczaçılıq məhsulları və tibbi ləvazimatlar

1347,6

97,6

2,2

  avtomobil benzini və dizel yanacağı

3423,1

106,8

5,5

  digər qeyri-ərzaq malları

10 503,5

107,2

16,9

 

2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.                      

Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artmışdır.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları almışdır.   

Seçilən
1
5
modern.az

10Mənbələr