ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ağ Evdən ayrılacaq Co Bayden prezidentlik dövründə çoxsaylı səhvlərə yol verib.“Amerika tarixində ən pis miqrasiya böhranını təşkil etmək (...); ədliyyə nazirliyini siyasi rəqiblərə qarşı mübarizə aparmaq üçün istifadə etmək; “Baydenomika” ilə sürətli inflyasiyanı təşviq etmək; ağlının kəskinliyinin azalmasını amerikalıların gözündən gizlətmək; (…) öz oğlunu əfv etmək (Hanter Bayden - İF)” . "Ulusum".az-ın məlumatina görə, Baydenin səhvlərini Conson. X sosial şəbəkəsində sadalayıb.Baydenin vida nitqinə şərh verərkən, spiker həmçinin “Afqanıstandan fəlakətli çıxış” və “düşmənlərin gücləndirilməsi” məsələlərini qeyd edib, Qeyd edildiyi kimi, 46-cı Amerika prezidenti işinin yekunlarını çıxararkən, onun administrasiyasının uğuru kimi Qəzza sektoru ilə bağlı razılaşmanın əldə olunması, NATO-nun möhkəmləndirilməsi, Ukraynanın azadlığının təmin edilməsi, Çinlə rəqabətdə “qələbə” əldə edilməsi kimi məsələləri müzakirə edib.Səidə Mustafa
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir