AZ

"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB

"Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin  Culfa rayonu ərazisində yerləşən Yaycı-2 nasos stansiyasından Dizə kəndinə çəkilmiş təzyiqli boru xəttinin əsaslı təmiri ilə əlaqədar tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı nəzarət orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Tenderin ümumi dəyəri 768 918 AZN olub. 

 

Cabir Həsənov

Tarix: 16 Yanvar 2025, 15:10   
Seçilən
15
8
pravda.az

10Mənbələr