AZ

Key Starmerin Kiyevə gözlənilməz səfəri nə ilə bağlıdır?

Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə gözlənilməz səfərə gedib.

KONKRET.az xəbər verir ki, Britaniya hökuməti Starmer və Ukrayna prezidenti Vladimir Zelenskinin müdafiə, elm, enerji və ticarət kimi sahələri əhatə edən “100 illik tərəfdaşlıq” sazişi imzalayacağını açıqlayıb.
Razılaşma iki tərəfi müdafiə və texnoloji layihələr, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq etməyə məcbur edəcək. Sənəd Ukrayna taxılının tədarükünü izləməyə kömək edəcək sistemin tətbiqini də nəzərdə tutur. Böyük Britaniyanın baş naziri səfərdən əvvəl bildirib ki, bu, təkcə indiki dövrə deyil, həm də növbəti əsrdə ölkələrimizə qoyulan investisiyalara aiddir. Böyük Britaniya Ukraynanın ən böyük hərbi dəstəkçilərindən biridir. Üç il əvvəl Rusiyanın işğalından sonra bu ölkə Ukraynaya 16 milyard dollar hərbi və mülki yardım göstərib. Britaniya öz ərazisində 50 mindən çox ukraynalı əsgərə təlim keçib. Starmer Ukraynanın müharibədən sonrakı iqtisadi bərpası üçün daha 49 milyon dollar ayırmağı planlaşdırır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr