AZ

Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - Yenilənib

Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb...

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar. Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib. İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün ailəsinə verildiyi barədə bildirilib, hazırda istintaq bölməsində araşdırma aparılır.

***

Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırılıb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.

Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır:

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Poliqon.info

Seçilən
17
44
poliqon.info

10Mənbələr