AZ

Rafael Ağayev iclaslara niyə çağırılmır? — Federasiyadan CAVAB

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb. Bu barədə o, “Sportlife TV” kanalına müsahibəsində bildirib.

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”, - o qeyd edib.

Qeyd edək ki, R.Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olduğunu deməsi diqqət çəkib. Fedrasiyanın saytında vitse-prezidentlər arasında onun adı qeyd edilməyib.

Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev Modern.az-a açıqlamasında bildirib ki, Rafael Ağayev AKF-nin deyil, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidentidir.

O qeyd edib ki, əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi:

“Buna görə qərar verildi ki, hər idman növü üzrə bir federasiya yaradılsın. 1992-ci ildə biz - yəni Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyası yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı. Bura çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə 1 federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi faəliyyət göstərə bilməzlər”.

Füzuli Musayev qeyd edib ki, Azərbaycan Karate Federasiyasının tərkibində 6 federasiya fəaliyyət göstərir:

Seçilən
1
7
demokrat.az

10Mənbələr