AZ

Xankəndidə 20 yanvar faciəsinin qurbanları anıldı (FOTO)

Xankəndi. Trend:

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbirikeçirilib.

Trend xəbərverir ki, tədbirdə öncə Azərbaycan himni səslənib, sonra isə 20yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yadedilib.

Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovetimperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dincəhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, çıxışındabildirib ki, 35 il keçsə də törədilən vəhşilik öz tariximahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilinsentyabrında başlayan 44 günlük vətən müharibəsi, 8 noyabrtarixində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildənçox davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Buzəfərlə həm 20 yanvar, həm də Qarabağ müharibəsi şəhidlərininqisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyətgöstərən Xankəndi məktəbi də bu gün öz doğma məkanında şagirdlərətəhsil verir.

Çıxışdan sonra məktəbin şagirdləri “Axı biz neyləmişdik?” adlıədəbi-bədii kompozisiya ilə çıxış ediblər.1990-cı ilin 19yanvarından 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmişvəhşilikləri, şagirdlər çox təsirli səhnəciklərlə nümayişetdiriblər.

Bu gün hüzn günü yox, qürur günü, bir xalqın varlığınıtəsdiqləyən şərafət günüdür.Qan yaddaşımıza əbədi həkk olunan 20yanvar tarixi, həm də Azərbaycanın sonrakı taleyində ciddi dönüşoldu. Bu faciədən sonra Azərbaycanda sovet imperiyası bütündayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümumilli amalaçevrildi.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Seçilən
2
9
az.trend.az

6Mənbələr