Ötən ilin dekabrında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (65,59 MB/S) görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb.
“İki sahil” “Speedtest Global Index”in məlumatına istinadla xəbər verir ki, bu göstərici ilə ölkəmiz ötən ilin noyabrı ilə müqayisədə 1 pillə irəliləyib. Bir il əvvəlki göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86 faiz artıb. Sabit genişzolaqlı internetin sürətinə görə 2024-cü ilin dekabrında birinci yerdə Sinqapur (330,98 MB/S), sonuncu yerdə isə Kuba (2,96 MB/S) qərarlaşıb.
Mobil internetin sürətinə görə Azərbaycan 2024-cü ilin dekabrında noyabr ayı ilə müqayisədə 1 pillə irəliləyərək (56,78 MB/S) 110 ölkə arasında 55-ci olub.
Mobil internetin sürətinə görə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (453,87 MB/S), sonuncu yerdə isə Əfqanıstan (8,20 MB/S) qərarlaşıb.
Hesabat dövründə Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 58,31 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.
Ötən ay mobil internetin sürətinə görə Bakı noyabrda tutduğu mövqeyi qoruyaraq 72,75 MB/S sürətlə 160 şəhər arasında 77-ci olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yerdə Əbu-Dabi (527,65 MB/S), sonuncu yerdə Herat (8,84 MB/S) qərarlaşıb.