AZ

"Rusiya Amerikadan qorxur" -Zelenski

"2025-ci ildə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiyaya “təzyiq” edə bilsə, münaqişəyə son qoymaq şansı var".

Oxu24.com  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib.

"Tramp həqiqətən də müharibəni bitirmək istəyir. O, Rusiyaya təzyiq göstərə bilir. Əminəm ki, Rusiya Amerikadan qorxur və Çin Rusiyanı dayandırmağa məcbur edə bilər. Biz Trampla razılaşmalıyıq ki, Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri var və o, bu müharibəni bitirmək üçün Putini diplomatiyaya məcbur etməlidir", - deyə Zelenski bildirib.

O, həmçinin Ukraynaya nəinki Avropa üçün faydalı, həm də “Rusiya üçün siqnal” olacaq “ciddi təhlükəsizlik zəmanətləri”nin verilməsinin vacibliyini bəyan edib. Onun sözlərinə görə, Moskva başa düşməlidir ki, aqressiya halında “ukraynalılar özlərini və digər ölkələri müdafiə edə biləcəklər”.

Seçilən
4
2
oxu24.com

4Mənbələr