Almaniyada Emrelinin perspektivlərindən danışdılar: Kloze ondan daha çox səy göstərməsini tələb etdi
Almaniya mətbuatında "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin yenidən start heyətində yer almaq perspektivindən yazıb.
Sportal.az xəbər verir ki, “Bild” nəşri millimizin üzvünün "Nürnberq"də əsas heyətdə oynamaq şansının az olduğuna işarə vurub:
"Deyəsən, Emreli mövsümün ikinci yarısının "Karlsrue" ilə açılış matçında (19 yanvar) ehtiyat oyunçular skamyasında oturacaq. Çünki daha ciddi heyətin meydana çıxdığı "İnqolştadt"la yoxlama görüşündə Mahir sonradan oyuna buraxılmışdı. Həmin matçda Kloze yalnız bir nominal hücumçu və üç hücumameyilli yarımmüdafiəçidən ibarət sistemə üstünlük verdi. Hətta azərbaycanlı forvardın "İnqolştadt"la ikinci yoldaşlıq görüşündə penaltidən vurduğu qol da vəziyyəti dəyişməyəcək.
Maraqlıdır ki, hətta üçüncü liqadakı rəqiblə qarşılaşmada belə, Mahir topsuz oynayanda tez-tez baş məşqçi Miroslav Klozenin xüsusi diqqətini çəkirdi. Kloze, yumşaq desək, rəqibin topa sahib olduğu zaman Mahirin performansından heç də həmişə razı deyildi. O, dəfələrlə və yüksək səslə Emrelidən daha çox səy göstərməsini, rəqiblərinə daha çox təzyiq göstərməsini tələb edirdi".
saytlarin hazirlanmasi