Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə yanvarın 29-da kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.
Apasport.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Hidayət Heydərov yenə mükafat qazanıb
Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak edirlər
Cüdoçumuz Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
Hidayət Heydərov və millimizin baş məşqçisi mükafata namizədlər sırasındadır